Azərbaycan Respublikası Dövlət Neft Fondu

İnsan Resursları üzrə mütəxəssis

By agreement
Full-time
Baku, Azerbaijan
07.05.24 - 06.06.24

Working conditions

  • İş elanı, namizədlərin axtarışı, ilkin dəyərləndirmə və müsahibələrin koordinasiyası da daxil olmaqla işə qəbul prosesinə dəstəyin göstərilməsi;
  • Namizədlərə aid məlumatların saxlanılması, qiymətləndirmə və iş təkliflərinin hazırlanmasında iştirak;
  • Namizədlərə vaxtlı-vaxtında zəruri məlumat və cavabların verilməsini təmin etməklə işə qəbul prosesi boyu müsbət namizəd təcrübəsini yaratmaq;
  • Namizədlərin qiymətləndirilməsində, müsahibələrin maddi-texniki təşkili və planlanmasında köməklik göstərmək;
  • Müxtəlif mənbə kanallarından istifadə etməklə potensial namizədlərin müəyyən edilməsində köməklik göstərmək;
  • Zəruri informasiya və hesabatlılığı təmin etmək üçün istifadədə olan İR məlumat bazalarının saxlanılmasını və vaxtlı-vaxtında yenilənməsini təmin etmək;
  • İşə qəbul göstəriciləri və digər metriklərdən istifadə etməklə zəruri İR məlumatlarının toplanmasını təmin etmək, çeşidləmək və təhlil etmək;
  • Mövcud proseslərin səmərəliliyini artırmaq məqsədilə verilənlər üzrə təkmilləşdirilməsi zəruri olan sahələri müəyyən etmək üçün komanda ilə sıx əməkdaşlıq.

Requirements

  • Təhsil: İnsan Resurslarının İdarə Edilməsi və ya oxşar sahələr üzrə ali təhsil arzuolunandır;
  • Təcrübə: İnsan Resursları sahəsində minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini səlis səviyyədə bilmək tələb olunur, Rus və digər dil bilikləri arzuolunandır; 
  • Kompüter bacarıqları: Excel və Power Point üzrə mükəmməl bilik və bacarıqlar;
  • Ümumi insan resursları siyasəti və prosedurları haqqında anlayış;
  • Əla ünsiyyət, tədqiqat və təqdimat bacarıqları;
  • Nəticəyönümlülük, analitik düşüncə və komandada işləmək bacarıqlarınıza güvənirsinizsə, bizim komandamızın üzvü olmaq fürsətini dəyərləndirin.
  • Vakansiya ilə maraqlanan şəxslər https://oilfund.az/fund/career-opportunities/vacancy-apply/52 linkinə keçid edərək müraciət edə bilər.