HamamBath

İnsan resursları üzrə menecer

1200 ₼ 1033
Full-time
Baku, Azerbaijan
22.11.24 - 22.12.24

Working conditions

  • ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
  • Miqrasiya proseslərinin icra edilməsi;
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, elektron əmək müqavilələrinin və bütün növ kadr əmrlərinin hazırlanması;
  • Məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Ştat cədvəllərin və təşkilati strukturun hazırlanması;
  • Qüvvədə olan ştat cədvəlinin və strukturun mütəmadi olaraq nəzarətdə saxlanılması və lazım olan dəyişikliklərin edilməsi;
  • Şirkətdə mövcud olan və yeni yaradılan bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması, təsdiqlənməsi və işçilərlə tanış edilməsi;
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqlarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
  • İşçilərin davamiyyətinin Şirkətdə quraşdırılmış turniketlə izlənməsi, həftəlik və ya aylıq davamiyyətə nəzarətin hesabat şəklində rəhbərliyə təqdim edilməsi
  • Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
  • Müəssisənin təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
  • Vakansiya profilinə uyğun olaraq şirkət üçün lazım olan mütəxəssislərin effektiv axtarışı və seçilməsi;
  • İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • Servis və nahar yeməyi ilə təmin olunur;
  • İş yeri: “Hamambath”, Şıxov, Bakı Baş Gömrük idarəsinin yanı;
  • İş qrafiki:  5/2, 09:00-18:00.

Requirements

  • Ali təhsil;
  • 25-45 yaş arası namizədlər;
  • İşində cəld və səliqəli olmalı;
  • İş təcrübəsi: ən azı 3 il;
  • MS Ofiice proqramlarından istifadə etmək bacarığı;
  • Əmək qanunvericiliyi üzrə nəzəri və praktik biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Problem həlletmə bacarığı;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Bacarıqlı, nizam-intizamlı olmalı;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
  • İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli;
  • Azərbaycan və rus dili biliyi şərtdir, ingilis dili- arzuolunandır;
  • Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “İnsan Resursları üzrə Menecer” məktubun mövzu hissəsində göstərməklə şəkilli CV- ləri qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

This job has expired