Ganja,
Azerbaijan
14.10.24
-
14.11.24
Working conditions
- Kadr kargüzarlığı və işə qəbul prosesininin, Azərbaycan Respublikasının qanunvericiliyinə və əmək məcəlləsinə əsasən həmçinin yenilikləri nəzarə almaqla aparılması;
- Kadr məlumat bazasının, dəyişiklikləri nəzarə almaqla, daim yenilənməsi;
- Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin (əmək kitabçalar, məzuniyyət uçotu, ezamiyyət uçotu, əmrlər, işləmə qabiliyyəti olmama baradə (xəstəlik) vərəqələri) zamanında və keyfiyyətlə aparılması;
- Aylıq davamiyyətlərin idarə olunması, tabellərin toplanması və baş ofisə təqdim olunması;
- Müddəti bitmiş sənədlərin müəyyən qaydada arxivə təhvil verilməsi;
- İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
- İşçi heyəti və rabitə xidməti mərkəzlərindən kadr sahəsi üzrə ünvanlanan sualların müvafiq qaydada araşdırılması, icrası və cavablandırılması;
- Əmək və icra intizam tənbehlərinin sənədləşdirilməsi;
- Region sənədlərinin gündəlik imza üçün hazırlanması;
- Bayram və qeyri-iş günlərində əlavə işə cəlb olunan əməkdaşların məlumatlarının toplanması və baş ofisə təqdim olunması;
- Region işçilərinin rifahının qorunması istiqamətində zəruri addımların atılmasına dəstək olunması;
- Sorğu və digər araşdırmaların təşkil edilməsi və aparılması;
- İnsan resursları əməliyyatlarına dair bütün növ hesabatların hazırlanması;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
Requirements
- Ali təhsil;
- İnsan resursları sahəsində üzrə ən az 3 il iş təcrübəsinə malik olmalı;
- Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
- İnsan resursları üzrə sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- İşgüzar nitq və yazışma qabiliyyəti olmalı;
- Azərbaycan dilini sərbəst bilməli;
- İşin təşkili və planlanması qaydalarını bilməli;
- Komandada işləmə və liderlik keyfiyyətlərinə malik olmalı.
Human resources
İCT