Amal Group

İnsan Resurları üzrə şöbə müdiri

By agreement 143
Full-time
Baku, Azerbaijan
08.07.24 - 07.08.24

Working conditions

  • Cəmiyyətin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik edir;
  • Cəmiyyətin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak edir;
  • İxtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirir və cəmiyyətin struktur bölmələrində işçilərdən istifadənin düzgünlüyünə nəzarət edir;
  • Müəssisənin kadrlar üzrə mütəxəssislərinin fəaliyyətinə metodik rəhbərliyi və koordinasiyanı həyata keçirir, struktur bölmələrinin rəhbərləri tərəfindən kadr siyasəti və heyətlə iş məsələləri üzrə qanunverici aktların, hökumət qərarlarının və müəssisənin rəhbərinin əmr və sərəncamlarının icrasına nəzarət edir;
  • Müəssisədə kadr işinin sistematik təhlilini aparır, onun yaxşılaşdırılması üzrə təklifləri işləyib hazırlayır;
  • Tabel uçotunu, məzuniyyətlər cədvəlinin tərtib edilməsini və yerinə yetirilməsini müəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə nəzarəti, işcilər tərəfindən daxili əmək rejiminə riayət olunmasını təşkil edir, əmək intizamının möhkəmləndirilməsi, kadr axınının, iş vaxtı itkisinin aşağı salınması üzrə tədbirləri işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir;
  • Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın tərtib olunmasını təşkil edir;
  • Daxili qaydalara riayət etməlidir. Həmçinin işçilərin işə çıxmasına, iş günü ərzində iş yerində olmalarına nəzarət edir;
  • Bilavasitə rəhbərinin verdiyi vəzifə öhdəliklərinə aid bütün tapşırıqlarını yerinə yetirir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus.

Requirements

  • Yaş: 25-65;
  • İşçilərin səliqəli görünməsinə diqqət yetirir, özü də ləyaqətli və səliqəli görünür;
  • Mübahisəli vəziyyətlərinin aradan qaldırılması üçün tədbirlər görür;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.


This job has expired

Related vacancies