Azerbaijan SuperMarket

İnşaat üzrə supervayzer

By agreement 85
Full-time
Baku, Azerbaijan
29.10.24 - 29.11.24

Working conditions

  • Xarici layihələrin yoxlanılması, onların uyğunlaşdırılması və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin standart və normalarına uyğunluğunun yoxlanılması;
  • Fövqəladə Hallar Nazirliyinin Yanğına Nəzarət Xidmətinin şərhlərinin aradan qaldırılması və ərazilərə baxış keçirilməsi və layihənin qəbulunu təmin etmək;
  • Tikintiyə baxışın və texniki rəyin hazırlanması;
  • Dövlət qurumları ilə görüşlərin təyin edilməsi, danışıqların aparılması, həmçinin onların iradlarına düzəlişlər edilməsi və müsbət rəylərin alınması;
  • Seçilmiş sahələr üzrə sənədlərin yoxlanılması və dövlət qurumlarından lazımi sənədlərin alınmasına köməklik;
  • Hüquqi məsələlərin həlli ilə bağlı danışıqların, məktubların və müqavilələrin şərtlərinin düzgün tərtib edilməsi;
  • Daşınmaz Əmlak Komitəsi üçün topopplanların hazırlanması və topoqrafiya əsasında onların koordinatlarının düzgün qurulması;
  • Dövlət orqanlarından ünvanlanan sualların və problemlərin həllində köməklik göstərmək;
  • Logistika və Distribusiya Mərkəzinin genişləndirilməsi layihəsinin hazırlanması, o cümlədən dövlət qurumlarından razılığın alınması və başa çatdıqdan sonra tikintiyə nəzarət;
  • Logistika və Distribusiya Mərkəzinin genişləndirilməsi layihəsi ilə bağlı saytlara nəzarət;
  • Dövlət qurumları ilə əməkdaşlıq etmək.

Requirements

  • Bakalavr dərəcəsi: Mühəndislik, İnşaat İdarəçiliyi, Memarlıq və ya əlaqəli sahələrdə.
  • 3-5 illik təcrübə: İnşaat layihələrinin idarə olunmasında və ya nəzarətində, xüsusilə yerli qanunvericiliyə və standartlara uyğunluqla bağlı.
  • Azərbaycan Respublikasında tətbiq olunan inşaat qaydaları, təhlükəsizlik standartları və yanğın təhlükəsizliyi tələbləri.
  • Hüquqi sənədlərin, razılaşmaların və müzakirə şərtlərinin gözdən keçirilməsi və hazırlanmasında peşəkarlıq.
  • İnşaat yoxlama prosesləri ilə tanışlıq və texniki rəy hazırlama qabiliyyəti.
  • Dövlət qurumları ilə müzakirələr aparmaqda və maraqlı tərəflərlə əlaqələri effektiv şəkildə idarə etməkdə sübut olunmuş qabiliyyət.
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları, texniki məlumatları müxtəlif maraqlı tərəflərə, o cümlədən dövlət qurumlarına aydın şəkildə çatdırmaq üçün;
  • Uyğunluq məsələlərini qiymətləndirmək, tənzimləyici orqanlardan gələn şərhləri həll etmək və əlverişli həll yolları təklif etmək;
  • Layihə zaman cədvəllərini, planlarını hazırlamaq və idarə etmək, layihə məqsədlərinin effektiv şəkildə yerinə yetirilməsini təmin etmək bacarığı;
  • Standartlara uyğunluğu təmin etmək və sənədlərin dəqiq hazırlanmasını təmin etmək üçün diqqətlilik;
  • Topoplanların hazırlanmasında və layihə koordinatlarını dəqiq təyin etmək üçün topoqrafik məlumatları anlamaqda təcrübə;
  • İnşaat komandaları, dövlət orqanları və xarici tərəfdaşlarla əməkdaşlıq etmək qabiliyyəti.


Related vacancies