Cronos Construction

İnşaat mühəndisi

By agreement
Full-time
Baku, Azerbaijan
04.06.24 - 04.07.24

Working conditions

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; 
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 
  •  Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 
  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 
  • Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir;
  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 
  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; 
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: İşğaldan azad olmuş rayonlar.

Requirements

  • Təhsil: Müvafiq sahədə ali təhsil;
  • Təcrübə: 5 ildən çox müvafiq sahədə iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları, əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX);
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür; 
  • Analitik düşüncə bacarığı; 
  • Ünsiyyət və komandada işləmək bacarıqları; 
  • Məsuliyyətli olmalı; 
  • Təşkilatçılıq bacarıqlarına sahib olmalı; 
  • Dəqiqlik; 
  • Detallara diqqət yetirməyi bacarmalı.


Related vacancies