Azersun Holding

İnşaat layihə mühəndisi

By agreement 130
Full-time
Baku, Azerbaijan
08.07.24 - 07.08.24

Working conditions

  • İNNOVA KONS. & KONTR. MMC;
  • Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; 
  • Bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; 
  • Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
  • Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
  • Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
  • Metal konstruksiya, dəmir beton konstruksiya , taxta konstuksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
  • Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
  • Onların müxtəlif hesablama ilə dözümlülüyünü yoxlamaq;
  • 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
  • Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək. 

Requirements

  • Təhsil: İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
  • Təcrübə: Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, Sap, 3DsMAX və s;
  • Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
  • Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Müəllif nəzarəti jurnalının formalarının tərtibi qaydalarını bilməli;
  • Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir;
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir.
     


This job has expired

Related vacancies