Vision Academy

İngilis dili müəllimi

By agreement
2070
Full-time
Baku, Azerbaijan
26.02.25 - 27.03.25

Working conditions

  • Müxtəlif səviyyələrdəki tələbələrlə, həm qrup şəklində, həm də fərdi qaydada ingilis dili dərsləri keçmək;
  • Təyin olunan tədris proqramına əsasən dərsləri ən yüksək effektlə tədris etmək, dərs materiallarını hazırlamaq və müvafiq yoxlanış suallarını tərtib etmək;
  • Dərslərdə audio və video materiallar, interaktiv vasitələr və digər innovativ tədris metodlarından istifadə edərək dərslərin daha maraqlı və effektli olmasını təmin etmək;
  • Tələbələrin dərsə davamiyyəti və aktivliyini izləmək, onların bilik səviyyələrinə uyğun dərs cədvəllərini tərtib etmək;
  • Tələbələrin irəliləyişini izləmək və onların nəticələrinə əsasən tədris metodlarını tənzimləmək;
  • Əmək müqaviləsi: ARƏM- ə uyğun işə qəbul;
  • Əmək haqqı: AZN (sabit) + Faiz (hər tələbəyə görə);
  • İş qrafiki: Həftədə 6 tam iş günü;
  • Ünvan: Bakı şəhəri, Elmlər Metrosu, Zahid Xəlilov 25A ünvanında yerləşir.

Requirements

  • 20-40 yaş arası;
  • Rus dili biliyi üstünlükdür;
  • Ali təhsil (ingilis dili filologiyası və ya pedaqogika üzrə üstünlükdür);
  • TKT, TEFL, TESOL, CELTA və ya digər tanınmış beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür;
  • TOEFL (110+) və ya IELTS (8.0+) olması üstünlükdür;
  • Ən azı 2 il ingilis dili tədrisi üzrə təcrübə (qruplarla və fərdi dərslərlə);
  • İngilis dilində sərbəst danışıq və yazı bacarığı;
  • İnteraktiv və nəticəyönümlü tədris metodlarından istifadə edərək, tələbələrin öyrənmə prosesini daha maraqlı və effektiv etmək bacarığı;
  • Müxtəlif yaş qrupları ilə fərdi və qrup dərsləri keçmək bacarığı.

Related vacancies