Daşkəsən Dəmir Filiz MMC
By agreement 132
Full-time
Baku, Azerbaijan
12.09.24 - 12.10.24

Working conditions

  • Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə (qüvvədə olma və s.)) nəzarəti həyata keçirmək;
  • Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Cəmiyyətin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
  • Zərurət olduqda Cəmiyyəti dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
  • Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə Cəmiyyətdaxili normativ sənədlərin, o cümlədən Cəməyyət üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək;
  • Cəmiyyətin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
  • İş yeri: Baki şəhəri, Xətai rayonu,Yeryomenko 73
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00.

Requirements

  • Ali hüquq təhsilli;
  • Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
  • Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini yüksək səviyyədə bilmək.
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarında sərbəst işləyə bilmək


This job has expired