Azersun Holding

Hüquqşünas

By agreement
Full-time
Baku, Azerbaijan
23.04.24 - 23.05.24

Working conditions

  • “Azərsun Holdinq” MMC və ona daxil olan törəmə müəssisələrin hüquq və mənafelərinin qorunması üçün pretenziya məktubları, mediasiya təklifləri, mediasiya müraciəti, iddia ərizələri, apellyasiya şikayəti, kassasiya şikayəti, iddia ərizələrinə, apellyasiya və kassasiya şikayətinə əsaslandırılmış etirazlar, vəsatətlər, ərizələr, şikayətlər, izahatlar, arayışlar və s. digər prosessual sənədlər hazırlamaq;
  • Məhkəmə perspektivi üzrə yazılı rəy vermək Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Müqavilənin digər tərəfinin hazırladığı müqavilələrin hüquqi uyğunluğunu yoxlamaq, bu barədə əsaslandırılmış hüquqi rəy vermək;
  • Azərbaycan Respublikası, MDB ölkələri və digər ölkələrin ərazisində Azərsun Holdinq MMC və digər törəmə müəssisələrin yaratdığı əmtəə nişanlarını, sənaye nümunələrini, ixtiraları və s. digər hüquqları dövlət qeydiyyatına almaq, dövlət qeydiyyatına alınmış hüquqların müddətini uzatmaq və dəyişiklikləri (adı, ünvan dəyişikliyi və s.) qeydiyyata almaq, hüquqların üçüncü şəxslərə ötürülməsini təmin etmək, dövlət qeydiyyatına alınmasından imtina edilmiş hüquqların dövlət qeydiyyatına alınması üçün Apellyasiya Şurasına yazılı etiraz və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək;
  • Cəmiyyətin və törəmə müəsissələrin fəaliyyətində ortaya çıxmış mübahisəli hüquqi məsələlərə dair rəylərin, dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək, Azərsun Akademiyasında hüququn müxtəlif sahələri üzrə təlim və seminar vermək.

Requirements

  • Təhsil: Ali hüquq təhsilli olmalı;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi olmalı;
  • Dil bilikləri: İngilis dili biliyi yüksək olmalı (rus dili üstünlükdür);
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
  • Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
  • Miqrasiya məcəlləsini mükkəməl bilməli.


This job has expired