Aztelekom

Hüquqşünas

By agreement
Full-time
Baku, Azerbaijan
29.03.24 - 28.04.24

Working conditions

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələri tənzimləmək;
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin edir;
  • Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin qaldırılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin edir,  o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırır və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışır;
  • Mütamadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil edir, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlayır, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görür;
  • Şirkətin göstərmiş olduğu xidmətlər nəticəsində vaxtında icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində hüquqi tədbirləri həyata keçirir;
  • Rabitə qaydaları əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır. İnzibati xətalar üzrə çıxarılmış qərarların icrası üçün tədbirlər görür;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə şirkəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Requirements

  • Təhsil: Ali hüquq təhsili olmalı;
  • Təcrübə: Hüquq sahəsi üzrə ən az 2 (bir) il iş təcrübəsinə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.