AzerGold CJSC

Hüquq şöbəsinin müdir müavini

By agreement
Full-time
Baku, Azerbaijan
18.04.24 - 18.05.24

Working conditions

  • Şöbənin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və təkmilləşdirilməsi üzrə şöbə müdirinə təkliflər vermək;
  • Şöbənin ümumi fəaliyyətinin həyata keçirilməsi istiqamətində tapşırılmış işlərin düzgün təşkil və icra olunmasını təmin etmək;
  • Tapşırıq əsasında baxış üçün təqdim edilmiş Cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsini yoxlamaq, bu istiqamətdə rəy bildirmək;
  • Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə,o cümlədən dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni manafeylərinin müdafiəsinin həyata keçirilməsininin təmin edilməsində iştirak etmək;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair Arayışlara baxış keçirtmək, təkliflər vermək və şöbə müdirinə təqdim edilməsi üçün razılaşdırmaq;
  • Daxil olmuş sorğular əsasında Cəmiyyətin struktur bölmələrinə qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək və ya belə yardımın göstərilməsinə iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq şöbə müdirinə, müəyyən edilmiş hallarda isə aidiyyəti üzrə təqdim etmək;
  • Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək;
  • Əmək haqqı müsahibə əsnasında təyin olunur;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Requirements

  • Təhsil: Ali hüquq təhsili tələb olunur;
  • Təcrübə: Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 5 il, ümumi təcrübə müddəti - ən azı 7 il, idarəetmə təcrübəsi - ən azı 3 il;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur;
  • Məsuliyyət, əməkdaşlıq, innovativlik-öz üzərində çalışma, dürüstlük, nəticə yönümlülük, təşəbbüskarlıq, planlama, çeviklik, analiz və problem həll etmə, liderlik.


Related vacancies