Azerbaijan Fish Farm

Hüquq məsləhətçisi

By agreement 242
Full-time
Baku, Azerbaijan
21.06.24 - 21.07.24

Working conditions

  • Məhkəmə proseslərində, dövlət orqanları, inzibati orqanlar, ictimai təşkilatlar və digər üçüncü şəxslərlə qarşılıqlı münasibətlərdə Cəmiyyətin təmsil edilməsi;
  • İddia, etiraz, şikayət və digər hüquqi sənədlərin hazırlaması;
  • Hüquqi mübahisələrin daimi olaraq nəzarətdə saxlanması, vaxtında və effektiv həllinin təmin edilməsi;
  • Məhkəmədən əvvəlki müddət ərzində danışıqlar yoluyla mübahisələrin həllində iştirak;
  • Cəmiyyətin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
  • Əmlak  münasibətlərinin tənzimlənməsində hüquqi dəstək;
  • Əldə edilmiş əmtəə nişanlarının, patentlərin qorunması üçün tədbirlərin həyata keçirilməsi və müddətlərin izlənilməsi;
  • Korporativ hüquq məsələləri üzrə hüquqi dəstək verilməsi;
  • Hüquqi risklərin qiymətləndirilməsi və minimuma endirilməsində iştirak, Cəmiyyətin maraqlarını qorumaq üçün zəruri tədbirlərin həyata keçirilməsi;
  • Cəmiyyətin digər şöbələrinin fəaliyyətinin, habelə dövriyyədə olan sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Cəmiyyətin beynəlxalq sferada fəaliyyəti ilə əlaqədar hüquqi dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarının qanunvericiliyin tələblərinə müvafiq aparılmasının təmini;
  • Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük.

Requirements

  • Təhsil: Hüquq üzrə bakalavr, magistr dərəcəsi;
  • Təcrübə: Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili - əla, Rus dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramında işləmə bacarığı;
  • Danışıqlar aparmaq və hüquqi yazı bacarıqları;
  • Yüksək səviyyədə vaxt idarəetmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Detallara diqqət yetirmək və komanda daxilində əməkdaşlıq etmək bacarığı;
  • Azərbaycan qanunvericiliyini (Mülki, inzibati, kommersiya, əmək və s.) təfsir etmə bacarığı.


This job has expired