Azerconnect LLC

Əsas vəsaitlər və inventar üzrə mütəxəssis

By agreement 132
Full-time
Baku, Azerbaijan
19.01.24 - 18.02.24

Working conditions

  • Vəsaitlərin İdarə Olunması Sistemi vasitəsilə müəssisənin əsas vəsaitlərinin həyat dövrü ərzində izlənməsi, əməliyyatların qəbul edilmiş prosedurlara uyğun şəkildə tamamlanmasına nəzarət, uyğunsuzluqların araşdırılması və həll olunması;
  • MİO (müəssisənin idarə olunması) sistemləri arasında inteqrasiyanın düzgünlüyünə nəzarət olunması, yaranan problemlərin araşdırılması, əlaqədar şəxslər və xidmət təminatçısı ilə görüşməklə, həll edilməsi; 
  • Müəssisənin əsas vəsaitlərinin qeydiyyatı jurnalı ilə aylıq üzləşdirmənin aparılması;
  • Sahələrə gedərək ordakı əsas vəsaitlərin etiketləndiyinə və sistemdə düzgün işləndiyinə nəzarətin həyata keçirilməsi, müvafiq olaraq  uyğunsuzluqların müəyyən olunaraq qeydiyyata alınması və hesabat hazırlanması, uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi - yeni sahələrin qeydiyyatı;
  • Əsas vəsaitlərin idarə olunması sistemindən istifadə edən şöbələrə dəstək göstərilməsi, yaranan problemlərin həllinin əlaqələndirilməsi - yeni istifadəçilər üçün təlim keçirilməsi;
  • Mövcud boşluqların müəyyən edilməsi və həll yollarının təklif olunması, sistemin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Əsas vəsaitlərin əldə edilməsindən utilizasiyasına qədər olan müddətdə idarə olunması və izlənməsi üzrə siyasət, prosedur və proseslərin işlənib hazırlanması üçün təkliflərin verilməsi;
  • Təyin edilən əlavə, xüsusi hesabatların hazırlanması.

Requirements

  • Təhsil: Ali (İqtisadiyyat, maliyyə və ya idarəetmə sahəsində bakalavr və ya magistr təhsilinin olması vacibdir);
  • Təcrübə: Maliyyə və ya əsas vəsaitlərin idarə edilməsi ilə bağlı vəzifədə ən azı 3 il;
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərinə dair mükəmməl səviyyədə biliklərin olması (rus dili bilikləri üstünlük sayılır);
  • Telekommunikasiya sahəsində təcrübə arzu olunandır;
  • Komanda işi və əməkdaşlıq;
  • Güclü ünsiyyət bacarığı;
  • Eyni anda bir neçə işi yerinə yetirmək bacarığı;
  • Araşdırma, innovativ düşüncə;
  • Analitik düşüncə qabiliyyəti;
  • Detallara diqqət etmə bacarığı;
  • Yeni texnologiyaların öyrənilməsi, başa düşülməsi və tətbiqi bacarığı;
  • Əsas vəsaitlər və mal-materialin idarə olunması üzrə bilik və təcrübə.
  • Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/435/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.


This job has expired