Aztelekom

Əməyin mühafizəsi üzrə mühəndis

By agreement 76
Full-time
Baku, Azerbaijan
12.06.24 - 12.07.24

Working conditions

  • Cəmiyyətdə qəzaların, peşə xəstəliklərinin və xəsarətalmaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasını təmin edir;
  • Fəaliyyətini Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla icra edir;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının  işlənilməsində iştirak edir;
  • Əməyin mühafizəsi ilə əlaqadar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • Tabeli qurumların (RXM-lər)  işçiləri tərəfindən əmək qanunvericiliyinin və Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə tələblərinə riayət etmələrinə nəzarət edir;
  • Təhlükə potensiallı işlərin və layihələrin risklərinin qiymətləndirilməsinə və həmçinin bu sənədi, kənar təşkilatlar tərəfindən RXM ərazisində görüləcək riskli işlərlə bağlı tələb edir və o təqdim olunmayana qədər işlərin icrasına icazə vermir;
  • SƏTƏMM üzrə tabeli qurumlarda aparılan qeydiyyatların (sənədləşmənin) düzgün və vaxtlı-vaxtında aparılmasına nəzarət edir, lazımi tövsiyələrini verir və ehtiyac duyulduqda metodiki və metodoloji köməklik göstərir;
  • Əməyin mühafizəsi üzrə mühəndis tabeli qurumlarda və baş idarədə icra olunan SƏTƏMM  prosedurlarına əməl olunmasına nəzarət edir.

Requirements

  • Təhsil: Ali texniki təhsilə malik olmalıdır;
  • Təcrübə: SƏTƏMM üzrə ən azı üç il təcrübəsi olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilməsi arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office, Outlook, Power Point və ya onu əvəzləyən programları mükəmməl bilməlidir;
  • SƏTƏMM və yanğın təhlükəsizliyi üzrə qaydaları və normativləri mükəmməl bilməlidir;
  • İşgüzar yazışma qaydalarını bilməlidir;
  • Öz sahasi üzrə təlim-tədris materiallarını və testləri hazırlama bacarığına malik olmalıdır;
  • Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır;
  • Kreativ düşüncəyə malik olmalıdır.


This job has expired