North West Construction
By agreement
1666
Full-time
Karabagh, Azerbaijan
10.03.25 - 10.04.25

Working conditions

  • Elektrik və elektron sistemlərin müntəzəm texniki baxışını həyata keçirmə;
  • Avadanlıqlarda yaranan nasazlıqları aşkar edib, aradan qaldırmaq;
  • Sensorlar, mühərriklər, idarəetmə panelləri və digər komponentlərin sazlanması;
  • Yanacaq doldurma məntəqələrində, çənlərdə, dispenserlərdə və yanacaq nasoslarında elektron sistemlərin işləkliyini təmin etmək;
  • Elektron plataların nasazlıqlarını müəyyənləşdirmək və təmir etmək;
  • Yanacaq səviyyə sensorları, debimetrlər, avtomatik idarəetmə panelləri və digər elektron komponentləri yoxlamaq və sazlamaq;
  • Yeni yanacaq avadanlıqlarının quraşdırılması və sazlanması;
  • Elektron plataların düzgün qoşulmasını və işləməsini təmin etmək;
  • Yanacaq dispenserlərinin və avtomatik idarəetmə sistemlərinin proqramlaşdırılması və kalibrlənməsi;
  • Yanacaqdoldurma məntəqələrinin avtomatlaşdırılmış sistemlərinin texniki xidməti və sazlanması;
  • Elektron sensorlar, klapanlar və digər avtomatik idarəetmə elementləri ilə işləmək;
  • Mərkəzi nəzarət sistemləri ilə yanacaq dispenserlərinin və anbarlarının inteqrasiyasını təmin etmək;
  • Partlayışa davamlı avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
  • Yanacaq və qaz mühitində işləyən elektron avadanlıqların standartlara uyğunluğunu yoxlamaq;
  • Yanğın və elektrik təhlükəsizliyi tədbirlərini yerinə yetirmək;
  • Texniki baxış və təmir işləri ilə bağlı hesabatların tərtib edilməsi;
  • Platalar üzrə dəyişdirilmiş komponentlərin və aparılmış diaqnostik tədbirlərin qeydiyyatının aparılması;
  • Avadanlıqlarda ehtiyac duyulan ehtiyat hissələri və materialların sifarişinin təşkili.

Requirements

  • Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə orta ixtisas və ya ali təhsil;
  • Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Yanacaq sektoru və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Elektron sxemlərin oxunması və analiz edilməsi;
  • Mikroprosessorlu idarəetmə sistemləri, sensorlar və platalar üzrə biliklər;
  • Avtomatlaşdırma sistemləri haqqında anlayış;
  • Elektron cihazların diaqnostikası və lövhə (plata) üzərində təmir bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydalarına dair biliklər;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Komandada işləmək və problemi operativ həll etmək qabiliyyəti;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.

Related vacancies