Norm ASC

Elektrik üzrə baş mühəndis

By agreement 86
Full-time
Baku, Azerbaijan
31.10.24 - 30.11.24

Working conditions

  • Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək;
  • Ümumi təmir və xidmət proqramlarının təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflər vermək;
  • Elektrik təmir və yenidənqurma işlərinin vaxtında və büdcə çərçivəsində həyata keçirilməsinə nəzarət etmək;
  • Layihələrin gedişatını izləmək, problemli məqamları proaktiv şəkildə həll etmək və layihələrin effektivliyini artırmaq;
  • Elektrik sistemlərinin optimal fəaliyyət göstərməsini təmin etmək üçün texniki ekspertizalar aparmaq və yenilikləri tətbiq etmək;
  • Elektrik sistemlərinin təhlükəsizlik qaydalarına və normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Elektrik təmir bölməsinin illik büdcəsinin hazırlanması, iş xərclərinin izlənilməsi və büdcəyə uyğunluğunun təmin edilməsi;
  • Elektrik təmir bölməsinin işçilərinin illik təlim ehtiyaclarının müəyyən edilməsi, işçilərin peşəkar inkişafına və davamlı təlimlərinə rəhbərlik etmək.
  • Elektrik enerjisindən səmərəli istifadəni təmin etmək üçün enerji effektivliyi layihələrinin inkişafına rəhbərlik etmək;
  • Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir;
  • Enerji istifadəsinin və elektrik sayğaclarının göstəricilərinin analizini aparmaq və qənaət tədbirlərini tətbiq etmək;
  • APİ SPEC Q1, ISO 9001, 14001, 50001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanmasını təmin etmək və illik auditlərə hazırlıq işlərini təşkil etmək;
  • Elektrik təmiri üçün ehtiyat hissələrin təmin edilməsi prosesinə nəzarət etmək, SAP sistemi üzərindən sifarişlərin izlənilməsini təşkil etmək;
  • Kritik avadanlıqların istismar müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək;
  • Elektrik sistemlərində mümkün riskləri müəyyənləşdirmək və risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görmək;
  • Ekoloji təmiz texnologiyalar və enerji qaynaqlarının istifadəsini təşviq etmək;
  • İşçilərin təhlükəsizlik və texniki bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlər təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll edilməsi;
  • Avtomatika sistemlərinə nazərətin təşliki;
  • Müasir texnologiyaların və avtomatlaşdırma sistemlərinə müəssisənin iş proseslərinə inteqrasiyasının təşkili;
  • İş yeri: Qaradağ rayonu.

Requirements

  • Elektrik mühəndisliyi sahəsində bakalavr və ya magistr təhsili;
  • Elektrik mühəndisliyi sahəsində 7 ildən artıq iş təcrübəsi;
  • Elektrik avadanlıqlarının idarə edilməsi və enerji şəbəkələrinin texniki istismarı barədə anlayış;
  • Aşağı və yüksək gərginlik şəbəkələrinin idarə olunması;
  • Avtomatik idarəetmə sistemləri, PLC (Programmable Logic Controller) proqramlaşdırma, SCADA Sistemlərinin İdarə Edilməsi ilə bağlı biliklər;
  • Orta səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarında işləmə bacarığı, həmçinin energetika sahəsində istifadə olunan xüsusi proqram təminatlarına dair biliklər üstünlük təşkil edəcək.


Related vacancies