AzərEnerji ASC

Elektrik çilingəri

660 ₼ 224
Full-time
Baku, Azerbaijan
25.10.24 - 25.11.24

Working conditions

  • Xüsusi ilə mürəkkəb və cavabdehli işlərdə, gərginliyi 220 kV və yuxarı olan elektrik stansiyaları və yarım stansiyaların avadanlıqlarının təmiri və yeni dən qurulmasında elementlərin hissə-hissə və yaxud tam dəyişdirilməsi, cizgilər üzrə təmiri, güc, quru, yağ və xüsusi bütün tipli transformatorun və avtotransformatorların ölçü hesabatına və mürəkkəb alətləri tətbiq etməklə, xüsusi təmir-quraşdırma alətləri mühafizə vasitələrinin dəqiq ölçmə vasitələri ilə təmir işləri;
  • 330 kV və yuxarı gərginlikli girimlərin təmiri, hissə-hissə və yaxud sıxlaşdırıcıların tam dəyişdirilməsi. Azot mühafizə və təbəqə ilə təchiz edilmiş qazsızlaşdırma qurğusunda transformatorlara tökmək üçün transformator yağının qazsızlaşdırılması və azotlaşması;
  • Yağın azotlaşdırılması və qazsızlaşdırılmasına görə texnoloji qurğuların təmiri və ona qulluq edilməsi, havanın qurudulması və buxarın nəmişliyinin dondurulması. Avadanlıqların sökülməsi, yığılması və təmiri işlərini, onların sazlanması, təmir alətlərinin sazlanması və takelaj işlərini təşkil etmək;
  • ATDCTN-200000/330 tipli avtotransformatorların dolaqlarının dəyişdirilməsi ilə əsaslı təmiri, yük altında tənzimlənməsi;
  • 500/330/220/110kV eleqazaçarlarının sökülməsi, təmiri, qüsurlu elementlərinin dəyişdirilməsi, yığılması və sazlanması;
  • 500/330/220/110 kV-luq girimlərin quraşdırılması;
  • Transformatorların baklarının induksiya üsulu ilə aktiv hissələrinin qurudulması və isti yağla çiləmək üsulu, və nəmişliyin qurudulması;
  • Bütün gərginlikli transformatorlarının quraşdırıldığı yerdə əsaslı təmiri aktiv hissələri sökülmədən yağın qurudulması və dəyişdirilməsi;
  • Transformatorlaraazot mühafizəsi ilə transformator yağının tökülməsi üçün yağın qasızlaşdırılması sxeminin yığılması;
  • El.çilingəri xidmətin təmir tərtibatlarının, alətlərinin, mühafizə vasitələrinin qorunmasını təmin etməli və iş günün axırında onları ustaya təhvil verməli;
  • Bütün gərginlikli cərəyan və gərginlik transformatorların yağını dəyişməklə əsaslı təmiri.

Requirements

  • Paylayıcı quruluşlarda mövcud avadanlıqların, aparatların profilaktikası və təmir işlərinin qaydalarını, bütün güclərə malik olan güc və ölçü transformatorlarının iş prinsiplərini və istismara qəbul qaydalarını;
  • Yüksək gərginlikli girimlərin əsas parametrlərini, texniki xarakteristikasını, təsnifatını, hər bir gərginlikdə elektrik aparatlarının və daimi cərəyan qurğuları üçün paylayıcı quruluşlarda ayrı-ayrı elementlərin zədələnmə əlamətlərini maqnitkeçiricilərini, güc və ölçü transformatorlarının dolaqlarının qoşulma qaydalarını;
  • Yüksək gərginlikli girimlərin, hava açarlarının ayırıcıların, hava hazırlayıcı qurğularının quraşdırılması və onların hissələrini, transformator yağının qurutma üsullarını, regenerasiyasını, təmizlənməsini, qazsızlaşdırılmasını və azotlaşmasınıgücvə ölçü transformatorlarının qurudulması üsullarını, avadanlıqların təmirində istifadə edilən yükqaldırıcısı maşın və mexanizmləri təmir-quraşdırma vasitələri və alətlərinin əsas texniki xarakteristikalarını.


Related vacancies