AzerGold CJSC

Ekologiya üzrə mütəxəssis

By agreement 0
Full-time
Baku, Azerbaijan
30.09.24 - 30.10.24

Working conditions

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
  • Tülallar sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynəlxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər vermək;
  • Səlahiyyətləri çərçivəsində istehsalat və struktur bölmələrin fəaliyyəti zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət olunmasında iştirak etmək;
  • Tülallar sahəsində fəaliyyət göstərən podratçı şirkətlərinin aidiyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
  • Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işləri yerinə yetirilməsində iştirak etmək;
  • Tülallar sahəsində formalaşan təhlükəli, sənaye və məişət tullantıları üzrə müvafiq məlumatların toplanması, o cümlədən tullantıların idarə olunması üzrə müvafiq işlərin görülməsinin təşkilində iştirak etmək;
  • Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğuların dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fıziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarət üzrə işlərdə iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində Cəmiyyətin fəaliyyəti ilə bağlı olan ekoloji aspektlərin əhəmiyyətinin qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasında iştirak etmək;
  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir;
  • Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir;
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi.

Requirements

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Microsoft Office proqramları, ümumi komputer bilikləri;
  • Əməkdaşlıq, Məsuliyyətlilik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

This job has expired