Fostanpak MMC

Data analitik

By agreement 2982
Full-time
Baku, Azerbaijan
10.01.25 - 09.02.25

Working conditions

  • Satış, Logistika, marketinq məlumatların təhlili;
  • Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi;
  • Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi;
  • Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması;
  • Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması;
  • Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili;
  • Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi;
  • Hesabatlılıq sisteminin qurulması;
  • Marşrut, Ticarət nöqtələri, Satış Nümayəndəsi üzrə planlama-proqnozlama metodlarının hazırlanması və tətbiqi;
  • KPI-lara nəzarət etmək və planlaşdırmaq;
  • Hədəf göstəricilərdən kənarlaşmaların təhlili;
  • Ticari kampaniyaların təhlili;
  • Anbarda və çatdırılmada prosesləri optimallaşdırmaq;
  • Proqram təminatında kommersiya şöbəsinə aid bazaların idarə edilməsi;
  • İş qrafiki 09:00-dan 18:00-dək.

Requirements

  • Müvafiq sahə üzrə ali təhsil;
  • 3-5 ildən data analitikası sahəsində təcrübə;
  • Excel, Power BI və SQL daxil olmaqla proqram təminatı üzrə biliklər;
  • Effektiv ünsiyyət bacarıqları və fikirlərinizi aydın şəkildə izah etmək bacarığı;
  • Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Ünsiyyət bacarıqları və digər komanda üzvləri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı;
  • Təfərrüata diqqət və yüksək keyfiyyətli məlumat təhlilinə sadiqlik;
  • Azərbaycan və rus dillərini bilmək.