AGRO – WEST DC LLC

Böyük mühasib

2000 - 2500 ₼
Full-time
Baku, Azerbaijan
07.05.24 - 06.06.24

Working conditions

  • Vergi (ƏDV, Mənfəət, Vahid bəyannamə), Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və digər dövlət qurumlarına hesabatlarının hazırlanması;
  • Dövlət qurumlarından daxil olan məktubların (kameral) cavablandırılması;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Ödəniş və bank sənədlərinin tərtib olunması;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı (1C 8.3) əsasında hazırlamaq və s;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00; 
  • İş yeri: Lükbatan q.

Requirements

  • Təhsil: Ali təhsil (maliyyə, vergi, biznesin idarə olunması sahələri üzrə); 
  • Təcrübə: Aparıcı Mühasib olaraq minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli;
  • Dəqiqlik, nizam-intizam, məsuliyyətlilik və kollektivlə işləmə bacarığı;
  • Beynəlxalq sertifikatı olması.


Related vacancies