SOCAR

Böyük hüquq məsləhətçisi

By agreement 332
Full-time
Baku, Azerbaijan
20.06.24 - 20.07.24

Working conditions

  • SOCAR-ın fəaliyyəti ilə əlaqədar hüquq xidmətinin təşkil, təqdim və onun tətbiqində iştirak etmək;
  • “SOCAR Qrup”a aid qurumlarda hüquqi təminatın və xidmətin təşkil edilməsi və hüquqi risklərin tənzimlənməsi üçün siyasət, qaydalar, prosedurların hazırlanmasında iştirak etmək;
  • Seqmentlər tərəfindən hazırlanmış SOCAR-ın fəaliyyətini tənzimləyən daxili normativ sənədlərin, o cümlədən təşkilati-sərəncamverici sənədlərini, proqramların, standartların, qaydaların, kollegial orqanların əsasnamələrinin, təlimatların, reqlamentlərin və s. hüquqi sənədlərin ekspertizasını həyata keçirmək;
  • SOCAR-ın adından yerli və xarici kontragentlərlə imzalan əqdlərin və digər hüquqi sənədlərin hazırlanmasında, ekspertizasında və danışıqlarda iştirak etmək, rəylər vermək; 
  • Şöbəyə daxil olan müraciətlərə, ərizələrə, şikayətlərə, təkliflərə (bundan sonra mətndə “müraciətlər” adlanacaq) baxmaq, araşdırmaq və qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablar hazırlamaq və ya bununla əlaqədar digər zəruri hüquqi hərəkətləri etmək; 
  • Qrup daxili istifadə üçün nəzərdə tutulan əqd nümunələrinin və əqdlərin əsas şərtlərinin hazırlanmasında iştirak etmək;
  • “SOCAR Qrup”a aid qurumların yerli və infrastruktur layihələri üzrə hüquqi təminatında iştirak etmək;
  • Hüquqi sənədlərin idarə edilməsi;
  • Satınalma layihələrində iştirak edilməsi;
  • Hüquqi risklərin təhlil edilməsi və həll yollarının təklif edilməsi;
  • Sahə üzrə qanunvericilikdə və beynəlxalq təcrübədə yenilikləri izləmək və şöbənin fəaliyyəti ilə sıx bağlı dəyişiklik və yeniliklərin müəyyən edilməsi.

Requirements

  • Təhsil: Ali ixtisaslı hüquqşünas (Bakalavr səviyyəsində), xaricdə LLM və ya MBA (üstünlük verilən meyar) istiqamətlər- mülki hüquq, müqavilələr, vergi, layihələrin idarə edilməsi, normative hüquqi aktlar, satınalma layihələri;
  • Təcrübə: Müqavilələrin və layihələrin hüquqi təminatı sahəsində ən az 5 il təcrübə (kommersiya şirkətində (neft/qaz sektoruna aid beynəlxalq şirkət/konsultinq, audit) üstünlük meyarıdır);
  • Dil bilikləri: Azərbaycan dilini (səlis), ingilis və rus dillərini (professional working proficiency);
  • Hüququn ümumi əsaslarını və normativ hüquqi aktları haqqında qanunvericiliyi, mülki hüququ, mülki müqavilələri, kommersiya və rəqabət hüququnu yüksək səviyyədə bilməlidir;
  • Beynəlxalq qabaqcıl təşkilatların, bank/neft/qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlərin satınalma və müqavilə təcrübəsini, beynəlxalq müqavilə və ticarət normlarını, vergi və gömrük hüququnu, əmək hüququnu, lisenziyalar və icazələri, əqli mülkiyyət və patent hüquqları sahəsini fundamental səviyyədə bilməlidir.


This job has expired