Norm ASC

Beton laboratoriyası mühəndisi

By agreement 584
Full-time
Baku, Azerbaijan
18.12.24 - 18.01.25

Working conditions

  • Laboratoriya avadanlıqlarının daimi saz vəziyyətdə olmasının təmin edilməsi;
  • İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması;
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək;
  • Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi;
  • Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi;
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;
  • Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;
  • Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili;
  • Məhsullar üzrə bazarda tələb olunan keyfiyyət sertifikatların/hesabatların müştərilərə təqdim edilməsi;
  • Keyfiyyətlə bağlı şikayətlərin araşdırılması, təhlili və həll edilməsi;
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
  • Hədəf qrupların texniki biliyinin mövcud səviyyəsinin təyin edilməsinə dəstək;
  • Yeni məhsullarla bağlı bazarın monitorinqi (beton və məhlullar üçün xammal);
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq;
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;
  • Yenilənən standartları təlimatlara uyğunlaşdırmaq;
  • Norm məhsullarını və xidmətlərini tanıtmaq məqsədilə reklam fəaliyyətində (tədbirlər, konfranslar və sərgilər) iştirak etmək;
  • Qeyd:   İlkin mərhələdə əmək müqaviləsi 1 il müddətinə imzalanacaq;
  • İş yeri: Qaradağda yerləşən zavod ofisi və şəhər ofisi.

Requirements

  • Əlaqədar ixtisas üzrə ali təhsil;
  • Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi; 
  • Sement/beton/aqreqatlar/kimyəvi qarışıqlar üzrə biliklər;
  • Sement, beton və aqreqatlarla bağlı bütün mövcud standartlar (EN, ASTM, GOST və s. kimi) barədə anlayış;
  • Sement və beton laboratoriyasının avadanlıqlarının istifadə qaydası;
  • Laboratoriya avadanlıqlarındakı nasazlıqla bağlı qeydlərə və onların texniki xidmət dövrlərinə nəzarət etmək bacarığı;
  • Beton xammal materialları, kimyəvi ara qatlar və ya sement məhsullarından nümunənin götürülməsi və yoxlanılması barədə bilikləri;
  • İngilis dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Related vacancies