Burger King

Baş mühasib

2500 ₼ 67
Full-time
Baku, Azerbaijan
03.12.24 - 03.01.25

Working conditions

  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
  • Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
  • Cəmiyyət üzrə  debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu  aparır;
  • Aylıq  əmək  haqqını hesablayır;
  • Bank sənədlərini tərtib edir;
  • Kassa  uçotuna  nəzarət edir;
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlayır;
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edir;
  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
  • Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlayır;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • 5 günlük iş rejimi.

Requirements

  • 25-45 yaş arasında;
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
  • Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər;
  • Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Dövlət hesabatların tərtib olunması; 
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, dəqiq və peşəkar;
  • Yüksək səviyyədə yazışma bacarığı;
  • ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
  • CV- ni qeyd edilmiş elektron poçt ünvanına göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun. 


Related vacancies