Aztelekom

Baş mühasib

By agreement 0
Full-time
Ganja, Azerbaijan
04.09.24 - 04.10.24

Working conditions

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Filialın mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına rəhbərlik etmək
  • Müəssisənin həyata keçirdiyi bütün mühasibat əməliyyatlarına nəzarət etmək və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərində əks etmək
  • Filialın ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda qurumlara təqdim edilməsini təmin etmək
  • Mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin hazırlanması və hərəkətinə nəzarət və rəhbərlik etmək
  • Göstərilmiş xidmət üzrə yaranan debitor borclarının yığımının təşkili və mütəmadi nəzarətin həyata keçirilməsi işlərinə rəhbərlik etmək
  • Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
  • Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarını tərtib etmək və baş idarəyə təqdim etmək.

Requirements

  • Ali (iqtisad - maliyyə) təhsilli
  • Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən mühasibat uçotunun təşkili və aparılması o cümlədən mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını mükəmməl bilməli
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli
  • Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel/Outlook), Mühasibatlıq proqramları, işgüzar yazışma əsaslarını bilməli
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analitik düşüncə bacarıqlarına malik olmalı
  • Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli.

This job has expired

Related vacancies