Diamed Co.

Baş mühasib

By agreement
Full-time
Baku, Azerbaijan
29.01.24 - 28.02.24

Working conditions

  • Müəssisənin mühasibat uçotunun təşkilinin təmin edilməsi;
  • Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Sənədlərin qanuni və vaxtında düzgün şəkildə tərtib edilməsinə nəzarət etmək;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı sənədlərin hazırlanması;
  • İlkin mühasibat sənədlərinin hesablaşmaların və ödəniş öhdəliklərinin tərtib olunması və hesablanmasına nəzarət etmək;
  • Balans və avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların düzgün şəkildə yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
  • Gündəlik hesablar üzrə qalıqlar hesabatının tərtib olunması;
  • Mal, xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı ş. Həsən Əliyev 493.

Requirements

  • Təhsil: Ali iqtisadi təhsil (iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Təcrübə: Mühasib kimi 5 ildən artıq iş təcrübəsi (İstehsalat  sahəsində təcrübəli olması üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office, 1C (8.3);  
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir);
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Beynəlxalq sertifikatın olması üstünlükdür;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.