AzerGold CJSC

Baş hüquqşünas

By agreement
Full-time
Baku, Azerbaijan
18.03.24 - 17.04.24

Working conditions

  • Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasınında iştirak etmək; 
  • Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsində və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək; 
  • Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması; 
  • Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış, rəy və məlumatları hazırlamaq, hazırlanmış arayış və rəylərin yoxlanılmasında iştirak etmək; 
  • Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək; 
  • Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmək; 
  • Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsində iştirak etmək və sektor müdiri tərəfindən bu istiqamətdə tapşırılmış işləri icra etmək; 
  • Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə məruzə etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə (istiqrazlara münasibətdə) hüquqi prosedurlarının icrasını həyata keçirmək; 
  • Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını icra etmək; 
  • Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Requirements

  • Təhsil: Hüquq sahəsi üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili yaxşı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə, planlama səriştəlikləri;
  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
    Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.


This job has expired

Related vacancies