Sabirabad,
Azerbaijan
24.05.23
-
23.06.23
Working conditions
- Təsərrüfatın enerji təchizatını təmin edir;
- Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir;
- Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin edir;
- Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir;
- İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etməlidir;
- Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir;
- Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir;
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır;
- Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir;
- Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir;
- Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır;
- Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamalıdır;
- Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir;
- Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir;
- Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası həyata keçirir.
Requirements
- Görülmüş işlərin nəticəsinə, təminatına və fəsadlarına bir başa məsuliyyət daşıyır;
- Elektrik cihazlarının təhlükəsiz işləməsinə görə bir başa məsuliyyət daşıyır;
- Təsərrüfat ərazisində bütün elektrik xətlərinə nəzarət və israfçılığa görə məsuliyyət daşıyır;
- Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- Lazımı sənədlərin düzgün və vaxtında hazırlanmasından məsuldur;
- İş yerinin təhlükəsiz, təmiz və SƏTƏM qaydalarına uyğun saxlanmasına məsuldur.
Engineering
Professional services
This job has expired