Gabala,
Azerbaijan
07.11.24
-
07.12.24
Working conditions
- Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
- Baş Aşpaz olmadıqda onun vəzifəsini icra etmək;
- Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq;
- Mətbəxdə olan bütün bölmələrin təmizliyinə və gigiyenasına, həmçinin işçilərin geyimlərinə nəzarət etmək;
- Baş Aşpazın hazırladığı təlimatlara uyğun olaraq, digər bölümlərin aşpazlarına yeməklərin bişirilməsi və təqdimatı mövzusunda köməklik göstərmək;
- Görülən işləri Otelin prosedurlarına uyğun etmək;
- Lazım olduğunda mətbəxdəki digər bölmələrin aşpazlarına köməklik göstərmək;
- Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək;
- İşin görüldüyü ərazilərin təmiz və gigiyenik olmasını təmin etmək;
- Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək;
- Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək;
- Hər hansı bir zərərin qarşısını minimum itki ilə almaq;
- Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək;
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək;
- Əməkdaşların otel, şirkət və yerli qaydada müəyyən edilmiş qaydalar və təlimatlara, otelin yanğınsöndürmə, texniki təhlükəsizlik və mühafizə ilə bağlı siyasət və prosedurlarına ciddi riayət etmələrini təmin etmək;
- Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək;
- Əməkdaşların yaradıcı və innovativ, tələbkar olmalarını təşviq etmək və onların əməliyyatların uğuruna verdikləri töhfələrə görə qiymətləndirilmələrini təmin etmək;
- Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək;
- Qonaqlama;
- Qidalanma (işçi yeməkxanasında);
- Servis xidməti;
- Korporativ nömrə.
Requirements
- 5+ il müvafiq sahədə təcrübə;
- Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli;
- Mətbəx terminologiyasını bilməli;
- Qida məhsullarının xarakterini bilməli;
- Məhsulların emalı üsullarını və texnologiyalarını bilməli;
- Bütün mətbəx qablarının işinin xüsusiyyətləri bilməli;
- Keyfiyyətli yeməklər və kulinariya məhsullarının çeşid və tələbini bilməli;
- Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır;
- Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Service
Tourism