Baku Marriott Hotel Boulevard

Audio/Video Texnik

By agreement 0
Full-time
Baku, Azerbaijan
19.09.24 - 19.10.24

Working conditions

  • Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
  • Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
  • Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
  • Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
  • Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.). Belə ehtiyat hissələrin inventarlaşdırılması tələb olunur;
  • Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
  • Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
  • Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.

Requirements

  • Texniki təhsil;
  • Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
  • Peşəkar səviyyədə AV avadanlıqlarının, Fərdi kompüterlərin / noutbukların qurulması və işə salınması bacarıqları;
  • Mövcüd AV avadanlıqlarına (servis) xidmət göstərmə bacarıqları;
  • Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
  • Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
  • Azərbaycan-dilini bilməli, Rus və İngilis-dilini bilmək arzu olunandır;
  • Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
  • Məsuliyyət və icraçılıq;
  • Peşəyə maraq, texniki sahədə özünü inkişaf etdirmək arzusu.

This job has expired