Sumgayit,
Azerbaijan
18.02.25
-
19.03.25
Working conditions
- Kabellərlə bağlı standartların və texniki sorğu vərəqlərinin tələblərini bilmək;
- Müştəri və ya satış nümayəndələrinin istədikləri test hesabatlarının yoxlanılması;
- Müştəri və ya satış nümayəndələrinin istədikləri təftiş hesabatlarının təqdim olunması;
- İzolyasiya, burulma, dolğu, zireh, örtük, əritmə sahələrində aparılan proseslərin izlənilməsi, ölçülməsi və identifikasiya olunmasının yoxlanılması;
- Hazır məhsulun yekun təftişini həyata keçirdikdən sonra təsdiq olunması və qeydiyyatının aparılması;
- İstehsalat zamanı və hazır məhsul üzərində (müştəriyə göndərildikdən sonra belə) aşkarlanmış uyğunsuzluqların izlənilməsi, qeydiyyata alınması və araşdırılması;
- Layihələr üzrə gəlmiş 3-cü tərəf inspektorların çağırılması, qarşılanması və müşayiət olunması;
- Layihələr üzrə istehsal olunmuş məhsulların sənədlərinin müştəriyə göndərilmədən öncə yoxlanılması;
- Hazır məhsul anbarından göndərilmə zamanı hazır məhsulların müvafiq standartların və müştəri tələblərinə uyğunluğunun yoxlanılması;
- Konstruksiyası yoxlanılmış məhsulların təftiş hesabatlarının yazılması;
- Layihələr üzrə müvafiq sənədlərin yazılması və sənədləşmə üzrə mütəxəssisə təqdim edilməsi;
- Görülən işlər üzrə statistik məlumatların verilməsi;
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Növbəli;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Requirements
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Internal control specialist
Engineering