AzərEnerji ASC

Aparıcı mühəndis

1040 ₼ 130
Full-time
Ganja, Azerbaijan
15.01.24 - 14.02.24

Working conditions

  • Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi;
  • Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi;
  • Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri; 
  •  Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək;
  • Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması;
  • Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi;
  • Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması;
  • Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli.

Requirements

  • Rele mühafizəsi, avtomatika və ikinci kommutasiya dövrəsi aparatlarının təmiri, sazlanması, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri;
  •  Bloklama qurğularının vəzifəsini və sxemasını, yüksək tezlikli bloklama ilə olan mühafizələrin iş prinsipini;
  • Enerji sistemində olan keçid rejimləri, yırğalanmalar və sistemin dayanıqlığı haqqında anlayışları;
  • Rele mühafizəsi və avtomatikanın operativ dövrəsinin və elektrik sxeminin yoxlanılması;
  • Təmiri və onlara texniki xidmət ilə əlaqədar olan mürəkkəb hesablamaların metodlarını;
  • Vektor diaqramlarının və rele mühafizəsinin xarakteristikasının çıxarılmasını və qurulmasını;
  • İnteqral mikrosxemlərdə olan mühafizə və avtomatika panellərinin struktur sxemini;
  • Elektrik dövrəsində gərginliyin olub-olmamasının voltmetr vasitəsi ilə yoxlanması;
  • Generator, güc transformatorlarının və h/x-nin rele mühafizə və avtomatika sahəsini;
  • Enerji sistemindəki müəsissələrdə yanğınsöndürmə vasitələrinin saxlanması və istifadə qaydalarını, avadanlıqların istismar və təmir qaydalarını, qəzaların qeydiyyatı və araşdırılması qaydalarını.
  • Vakansiya ilə maraqlanan şəxslər http://ir.azerenerji.gov.az/apply/33 linkinə keçid edərək müraciət edə bilər.


This job has expired

Related vacancies