Air Group

Aparıcı hüquqşünas (müqavilələr üzrə mütəxəssis)

1100 ₼ 120
Full-time
Baku, Azerbaijan
04.11.24 - 04.12.24

Working conditions

  • Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
  • Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
  • Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
  • Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
  • Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
  • Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • Əmək haqqı: AZN gross;
  • Korporativ nömrə və danışıq balansı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Requirements

  • Ali Hüquq təhsili;
  • Yaş həddi: 25-40;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
  • Kommersiya hüququ bilikləri;
  • Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
  • Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;
  • Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
  • Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.