Buta Group

Anbardar

800 - 1000 ₼ 203
Full-time
Baku, Azerbaijan
19.01.24 - 18.02.24

Working conditions

  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;
  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və 1C sisteminə işlənməsini təmin edir;
  • Anbarda olan yüklərin siyahısını tərtib edir;
  • Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;
  • Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir;
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir;
  • Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; 
  • Telefon limiti;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı, Zirə qəsəbəsi.

Requirements

  • Təhsil: Orta və ya orta texniki təhsil;
  • Təcrübə: Minimum 2 il anbardar vəzifəsi üzrə təcrübə;
  • Kompüter bacarıqları: 1C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı, MS Office proqramları, Excel orta səviyyədə;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Anbar ehtiyatları və təhlükəli malların təşkili, saxlanması ilə əlaqədar risklər, nəzarət tədbirləri;
  • İstismar ilə əlaqədar müəssisənin siyasət və prosedurları haqqında məlumat, o cümlədən: ehtiyatların saxlanması, etiket vurma ilə əlaqədar müəssisənin siyasəti, məhsulun keyfiyyət standartları, qablaşdırılmış malların açılması, köhnə, çatışmayan və zədəli ehtiyatlar, istifadə olunan avadanlıqlar, ehtiyatların yerləşdirilməsi, tullantıların təmizlənməsi, ehtiyatların qeydiyyatı üzrə sənədlər, sənədlərin göndərilməsi.


This job has expired

Related vacancies