Liderlik / idarəçilik

Liderlik bacarıqlarınızı inkişaf etdirməyin əsas yolları

 

 

Liderlik həm daxildən gələn, həm də zamanla inkişaf etdirilə bilən bir bacarıqdır. Liderliyə gedən yolda düzgün addımların atılması davamlılıq üçün xüsusi əhəmiyyət kəsb edir. 

Öncəliklə, lider kimi tam potensialınızı ortaya çıxartmaq üçün inkişafa sadiq olmalısınız. Unutmayın ki, istər bu yolun başlanğıcında, istərsə də sonunda olun , həmişə inkişaf üçün yer var!

 

Uğurlu liderliyin üç əsas komponentini mənimsəyin

 

Liderliyin üç əsas komponenti özünə rəhbərlik etmək, komandaya rəhbərlik etmək və işi idarə etməkdir. Ən yaxşı liderlər hər üç komponentdə ustalıq göstərirlər. 

Özünüzə liderlik edin: Uğurlu lider özünü dərk edəndir. Öz güclü və zəif tərəflərini başa düşən və malik olduğu bacarıq boşluğunu yaxşılaşdırmaq üçün fəal çalışandır.

Komandaya liderlik edin: Komandanı uğurla idarə etmək üçün lider işçilərini necə motivasiya və idarə etməyi başa düşməlidirDürüst rəy verməyi, ağır söhbətlər aparmağı və lazım olduqda işçilərinə dəstək olmağı bacarmalıdır.

İşə liderlik edin:  Lider ortaya “nəticə” qoymağa cavabdehdir. Bu nəticəni əldə etmək üçün lider hansı strategiyanı tətbiq etməli olduğunu, dəyişikliyə uyğunlaşmağı və riskləri necə götürməli olduğunu başa düşməlidir.

 

Öyrənməyə həvəsli olun

Bir rolda uğurlu olmaq sizə hər sahədə bacarıq vermir. Bu səbəblə, həmişə öyrənməyə açıq, özünə meydan oxuyan və dövrün lider olmalısınız. 

Özünüzə investisiya qoyun!

Əlaqədar məqalələr

Adını tapa bilmədiyiniz şey: Silo effekti