İnsan resursları

CV və RESUME arasındakı fərq

 

 

CV və Resume arasındakı əsas fərq uzunluq və qeyd olunan məlumatlardadır. CV və Resume hər ikisi peşəkar karyerada iş müraciətlərində istifadə olunsa da, CV və Resume həmişə bir-birini əvəz edə bilməz.

•          Resume iş təcrübəniz, ən əsası müraciət etdiyiniz hər işə görə məxsusi tərtib olunacaq müvafiq məlumatları özündə birləşdirən bir səhifəlik xülasədir.

•           CV (başqa sözlə tərcümeyi-hal) isə özündə bütün təcrübənizi, sertifikatlarınızı və bacarıqlarınızı əhatə edən daha geniş bir akademik gündəlikdir.

 

CV və resume arasında hansı fərqlər var?

 

o          Resume daha qısa, əsasən 1 səhifə, CV isə daha əhatəlidir, təcrübənizə görə 2-3 səhifəyə qədər uzana bilər;

o          CV əsasən tədqiqat proqramına müraciət etmək, doktorantura təhsili almaq və ya bir universitet heyətinə daxil olmaq kimi akademik məqsədlər üçün istifadə olunur. Digər tərəfdən resume isə hər hansı bir şirkətdəki bir işə müraciət üçün yazılır;

o          CV-də bütün akademik nailiyyətlərinizi və sertifikatlarınızı əlavə edirsiniz. Tez-tez və daha asan yenilənə biləcəyi üçün universaldır. Halbuki müraciət etdiyiniz hər bir iş üçün fərqli resume yaradılmalı və akademik müvəffəqiyyətlər deyil, müraciət etdiyiniz işə uyğun peşə bacarıqlarıqlarınız daha çox diqqət mərkəzində olmalıdır.

Əlaqədar məqalələr

Yaxşı bir iş necə tapmaq olar – xəyallarındakı işi əldə etmək istəyənlər üçün ətraflı bələdçi!
Təcrübəsiz dizayner necə işə düzələ bilər?
2023-cü ilin TOP peşələri: gələn il kimlərə tələbat olacaq
İş təcrübəsi olmayanlar  mühasib kimi iş tapa bilərlər?