Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Xidmət
Vakansiya tarixi 19.08.2022

İş haqqında məlumat

İstehsalat tapşırıqlarının ( iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək
İstehsalat uçotunun düzgün aparılması , xammal və köməkçi materialarının qalıqlarının düzgün verilməsi
Hazır məhsulların depoya şirkətin müəyyən etdiyi qayda və prosedurlara əsasən təhvil-təslim edilməsini həyata keçirmək
Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək
Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapmaq və təşkil etmək
İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun ( iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil etmək, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak etmək
Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunun aparılması
Əməkdaşlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək
Gündəlik planların tam yerinə yetirilməsini təmin etmək.
İş yeri: Bakı şəhəri
İş rejimi: Növbəli (gecə/gündüz)
Yemək və servis təminatı
Əmək haqqı: 800 – 1000 manat (namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır)

Tələblər

Ali təhsil
Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
Liderlik keyfiyyətlərinə sahib olmalı;
İşinə məsuliyyətli, intizamlı olmalı;
Rus dilində ünsiyyət bacarığı