Sağlam Ailə

Həkim-ekspert

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.10.22 - 02.11.22

İş haqqında məlumat

  • Vəzifə öhdəlikləri:
  • Müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir.
  • Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür.
  • Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir.
  • Profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir.
  • İş şərtləri:
  • İş qrafiki: I-VI günlər, istirahət günü- bazar günü
  • Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
  • Özü və ailə üzvləri üçün güzəştli tibbi xidmət imkanları (illik check up və ailə paketi endirimləri);

Tələblər

  • Ali tibbi təhsil;
  • Minimum 3 il iş təcrübəsi
  • Praktik tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiya imtahanından keçmək;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktlarını bilməli;
  • Sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi sosial ekspertizanın təşkilini bilməli;
  • Dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını bilməli;


Elanın müddəti bitmişdir