Kristal Abşeron

Satınalma üzrə mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Satış
Vakansiya tarixi 08.09.2022

İş haqqında məlumat

Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Yaradılmış sifariş formalarının analizi;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

6 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər

Ali təhsil,
Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi,
Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
Güclü ünsiyyət və danışıq qabiliyyəti,
Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
Komandada işləmək bacarığı.