Grand Motors MMC

Satınalma və Logistika üzrə Mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Nəqliyyat və logistika
Vakansiya tarixi 19.08.2022

İş haqqında məlumat

İstehsalçılarla danışıqların aparılması;
Müqavilələrin hazırlanması;
Ödənişlə bağlı müraciətlərin edilməsi və ödənişə nəzarət;
Malın həcm və çəki məlumatlarının , yükləmə ünvanının və.s daşınma üçün lazım olan bütün məlumatların İstehsalçı ilə dəqiqləşdirilməsi;
Daşınma müqavilələrinin hazırlanması;
Yük sənədlərinin İstehsalçıdan tələb edilməsi və uyğunlunğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı İstehsalçıya müvafiq təlimatların verilməsi;
Daşınmanın təşkili və mal son məntəqəyə çatdırılanadək sifarişin izlənilməsi;
Daşınma ilə bağlı ödəniş müraciətlərinin rəhbərliyə təqdim edilməsi və ödənişlərin icrasına nəzarət;
Əmək haqqı: 900 – 1000 AZN;
İş qrafiki: həftə içi 5 gün, saat 08:30 – 17:30;
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.

Tələblər

Xarici Satınalma və Beynəlxalq daşınmalar üzrə minimum 1 il təcrübə;
İngilis dili , Rus dili, Türk dili – yazma və danışıq yaxşı səviyyədə olmalı;
MS Excel və MS Word-da işləməyi bacarmalı;
1C proqramı ilə işləmə təcrübəsi arzuolunandır;
İnternational commercial terms (İNCOTERMS) bilikləri.