By Telecom

Müştəri Xidmətləri Bölmə Rəhbəri

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Müştəri xidmətləri
Vakansiya tarixi 23.08.2022

İş haqqında məlumat

“Bytelecom” mağazalar şəbəkəsi şirkətin Müştəri Xidmətləri bölməsinin bütün işlərini idarə edəcək və bölməyə rəhbərlik edəcək “Müştəri Xidmətləri Bölmə Rəhbəri” axtarışındadır.
“Müştəri Xidmətləri Bölmə Rəhbəri”nin əsas rolu tabeliyində olan bölmənin işinin tam və effektiv təşkil edilməsindən ibarət olacaqdır.
Müştəri Xidmətləri bölməsinin işinin tam və effektiv planlanması, təşkil edilməsi
Bölmənin işçilərinin kanallar üzrə bölüşdürülməsi, komandanın KPİ-ları təmin etməsi və hədəflərə çatması üzrə işinin təşkili
Marketinq və reklam kampaniyalarının potensial və mövcud müştərilərə birbaşa kommunikasiyasının təşkili
Telemarketinq işinin təşkili və idarə edilməsi
Bölmənin işçilərinin təlimi və inkişafı üzrə treninqlərin təşkili, yeni məhsullar və kampaniyalar haqqında məlumatlandırmaq
Bölmənin işi haqqında günlük, həftəlik və aylıq hesabatların hazırlanması
Şirkətin ümumi satış hədəflərinə və planına uyğun olaraq bölmənin bu plandakı hissəsini təmin və icra etmək
İnkişaf edən şirkətdə inkişaf edən karyera imkanı
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Rəsmi və rəqabətcil əməkhaqqı, illik məzuniyyət
Şəhərin mərkəzində müasir və rahat ofis şəraiti
Həftə 6 iş günü, 1 gün istirahət
Baza əməkhaqqı ilə yanaşı təkmil bonus sistemindən faydalanmaq

Tələblər

Müvafiq sahə üzrə minimum 2 il real iş təcrübəsi
Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili arzuolunandır
CRM proqramları ilə tanışlıq və iş tücrübəsinin olması böyük üstünlükdür
Əsasən məsafədən satış və telemarketinq əməliyyatları və prosesləri haqqında ətraflı biliklər
Yaxşı səviyyədə kommunikasiya bacarıqları
Nəticə yönümlü yanaşma, hədəflərlə işləmək bacarığı
Analitik düşünmək və kritik, sərbəst qərarlar verə bilmək bacarığı