CINEMAPLUS

Bilet nəzarətçisi

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Müştəri xidmətləri
Vakansiya tarixi 13.09.2022

İş haqqında məlumat

Kinoteatrın ziyarətçilərini gülər üzlə qarşılamaq, biletlərini yoxlayıb nəzakətlə zala yola salmaq. VİP müştərilərə ofisiant xidmətləri də göstərmək

Məsuliyyətlər

• Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
• Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
• Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
• Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
• Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
• Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
• VİP zal müştərilərinin sifarişi ilə onlar üçün kinoteatr məhsullarının və TM ərazisindəki digər restoranların məhsullarının alınıb servis edilməsi;
• Seans başlayanda kinozalın qapılarını bağlamaq;
• Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.

Tələblər

• Təhsil: Orta
• Yaş:18-25
• Cins: Qadın / Kişi
• İş qrafiki: 6 Günlük,
• İş vaxtı: 8 saat, nahar: 1 saat
• 1-ci növbə: 10:00-dan 19:00-dək
• 2-ci növbə: 14:00-dan 23:00-dək
• 3-cü növbə: 17:00-02:00
• Fiziki sağlam, çevik
• Azərbaycan və rus dillərini sərbəst bilməli,

Digər şərtlər:
• COVİD Pasportun olması vacibdir
• Bütün qrafiklərdə işləyə bilməlidir.