Ramco CJSC

Smeta mühəndisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.11.22 - 25.12.22

İş haqqında məlumat

  • Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək. İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
  • Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;
  • Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək; kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;
  • Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək. Kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə  təchizat şöbəsinə göndərmək;
  • Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;
  • Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısını hazırlamaq, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;
  • İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyası aparılmalıdır;
  • Bütün hesablamaları və maya dəyərinin yekun smetasını yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
  • Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;
  • Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;
  • Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.
İş şərtlərimiz:
  • Əmək haqqı: Müsahibə nəticəsinə əsasən təyin ediləcək;
  • İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Tələblər

  • Təhsil: Ali (İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almış namizədlərə üstünlük veriləcək);
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • MS Excel-lə yüksək səviyyədə işləməyi bacarmalıdır;
  • İngilis dilində sərbəst danışıq və yazı;
  • Autocad proqramında işləməyi bacarmalıdır;
  • Ezamiyyətlərə getməyə hazır olmalıdır.


Elanın müddəti bitmişdir