Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Mühəndislik
Vakansiya tarixi 19.08.2022

İş haqqında məlumat

İstehsal olunan məhsulun fiziki-kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi,
İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standard və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması,
Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması,
Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi,
Testlərin icrası zamanı keyfiyyət prosedurlarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə,tam dolğun aparılması
İş qrafiki növbəli

Tələblər

Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı,
Yüksək qavrama və öyrənmə qabiliyyəti,
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti,
Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması,
Təhsil- Ali bakalavr (kimya, biologiya sahəsində)
Kimyaçı-laborant və ya laborant-mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür)