TEZİBU MMC

SMM mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
31.10.22 - 30.11.22

İş haqqında məlumat

  • Vəzifə öhdəlikləri:
  • Sosial Media hesabları və platformaları (Instagram, Facebook, Youtube) ilə işləmək;
  • Günlük və həftəlik kontentin hazırlanması (foto,video,mətn və.s) və sosial mediada paylaşmasını təmin etmək;
  • Rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Şəbəkəyə gündəlik gələn şərhlərə, rəylərə, mesajlara və sorğulara cavab vermək;
  • Maraqlı məzmun yaratmaq, şirkətin sosial media hesablarını təsdiq edilmiş strategiya və planlara uyğun saxlamaq;
  • Nəşrləri yerləşdirmək və təbliğ etmək;
  • Müştərilərdən daxil olan müraciətlərin qəbulu (email, çat, sosial şəbəkələr və s.)
  • Müştərilərə şirkətin təqdim etdiyi məhsul və xidmətlər,habelə çatdırılma şərtləri barəsində ətraflı məlumat vermək;
  • Online sifarişləri qəbul edib, müvafiq şöbəyə yönləndirmək;
  • Təqdim edilən bütün online kanallara nəzarət etmək;
  • Müştəri tərəfindən daxil olan online şikayətləri qəbul edib və müvafiq instansiyalara yönləndirmək.
  • Cəlbedici nəşrlər hazırlamaq (müsabiqələr, sorğular və s.);
  • Şərhlərə nəzarət etmək, abunəçilərin suallarını cavablandırmaq.
  • Əmək haqqı: 600 - 800 manat (təcrübədən asılı olaraq).
  • İş qrafiki: 6 günlük.
  • Ofis Xətai metrosu yaxınlığında yerləşir.

Tələblər

  • Azərbaycan, ingilis və rus dilini bilməli;
  • Sahə üzrə minimum 3 il təcrübə.
  • MS Office proqramlarından istifadə;
  • Səlis nitq, ünsiyyət qurma, izahetmə qabiliyyəti;
  • Düzgün orfoepiya və orfoqrafiya qaydalarını bilməli


Elanın müddəti bitmişdir