North West Construction

SƏTƏMM üzrə mütəxəssis - Yol tikinti layihələri

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq
Vakansiya tarixi 29.08.2022

İş haqqında məlumat

İş yerində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
Yolların, texnikanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək;
Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.

Tələblər

Ali texniki təhsil;
Yol tikintisi layihələrdə SƏTƏMM üzrə minimum 3 il iş təcrübəsi.

Uyğun namizədlər CV-lərini mailə göndərə bilərlər.