Veliev MMC

Marketinq şöbəsinin rəisi

Məkan Sumqayıt, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq
Vakansiya tarixi 29.08.2022

İş haqqında məlumat

Rəqəmsal, reklam, kommunikasiya və yaradıcılıq marketinqi üçün strategiyalar hazırlamaq;
Marketinq şöbəsinin aylıq, rüblük və illik büdcələrini hazırlamaq və idarə etmək;
Şirkətin (markalarının) tanıtım və reklam ehtiyaclarının müəyyən edilməsi;
Brend mesajımızın PR, reklam, direkt və digital marketinq kimi bütün kommunikasiya kanallarında və marketinq səylərində (tədbirlər, e-poçt kampaniyaları, veb səhifələr və tanıtım materialları kimi) güclü və ardıcıl olmasını təmin etmək;
Brendləşdirmə, yerləşdirmə və qiymət strategiyalarını dizayn etmək;
Brend şüurunu artırmaq üçün satış və marketinq səylərini əlaqələndirmək;
Yerli və xarici sərgilərdə şirkətin(markalarının) iştirakının təşkil edilməsi;
Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
İstehlakçı davranışının təhlili və müştəri şəxsiyyətlərini müəyyənləşdirilməsi;
Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkili və həyata keçirilməsi;
Yeni bazar seqmentlərinə çatmaq və bazar payını genişləndirmək imkanlarını müəyyənləşdirmək.
Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması

Tələblər

Marketinq, İqtisadiyyat vəya Biznes idarəçiliyi sahəsində ali təhsil;
İngilis dili vəya rus dilində səlis danışıq (hər iki dili bilmək üstünlükdür);
Microsoft Office proqramları yüksək səviyyədə;
Veb analitika və Google Adwords haqqında möhkəm biliklər;
CRM proqram təminatı ilə iş təcrübəsi;
Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
Marketinq sahəsində rəhbər vəzifədə ən az 2 il iş təcrübəsi;
Tənqidi düşünmə, problem həlletmə və müstəqil qərarvermə bacarığı;
Yüksək ünsiyyət və davranış bacarığı;
Komanda ilə işləmək, idarəetmə və təsiretmə bacarığı;
Analitik düşüncə bacarığı;
Səyahət sərbəstliyinin olması;
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır