Libraff

Kontent üzrə mütəxəssis

500 ₼
Tam iş günü
Bakı, Azərbaycan
10.11.22 - 10.12.22

İş haqqında məlumat

“LIBRAFF” marketinq komandasına cavan, operativ düşüncə və iş qabiliyyətinə malik, enerjili kontent üzrə mütəxəssis tələb olunur.
Vakansiyaya aşağıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər.

Əsas vəzifə öhdəlikləri:
- Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq
- Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq
- Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək
- Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək
- Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək

- Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir
- İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
- Əmək haqqı başlanğıc üçün: 500 AZN

Tələblər


- Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi
- Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür)
- Azərbaycan, rus dillərində mükəmməl yazı bacarığı, ingilis dili biliyi üstünlükdür
- MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə
- Kitab həvəskarı olması böyük üstünlükdür;
- Detallara diqqətli olmaq
- Jurnalistika, marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür
- Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı

 



Elanın müddəti bitmişdir