Libraff

Kontent üzrə mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq
Vakansiya tarixi 24.08.2022

İş haqqında məlumat

Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planını hazırlamaq;
Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq;
Sosial media və vebsayt məzmununu inkişaf etdirmək üçün həmkarları ilə daim ünsiyyətdə olmaq;
Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək;
SEO-ya uyğun olaraq məzmunu optimallaşdırmaq;
Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;
Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.
Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
Nahar: şirkət tərəfindən təmin olunur
İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Başlanğıc üçün əmək haqqı: 500 AZN

Tələblər

Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi üstünlükdür;
MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;
SEO və veb trafik göstəriciləri üzrə bilik;
Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür);
Azərbaycan, rus dillərində mükəmməl yazı bacarığı;
Kitab həvəskarı olması böyük üstünlükdür;
Detallara diqqətli olmaq;
Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı;
Jurnalistika, Marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür;
Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.