Sinteks Group of Companies

E-ticarət şöbəsinə Rəqəmsal Marketinq üzrə Menecer

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq
Vakansiya tarixi 31.08.2022

İş haqqında məlumat

Bu vəzifənin rolu E-ticarət rəqəmsal portfeli üzrə sosial media kampaniyalarını və SEO-nu həyata keçirməkdir, ödənişli axtarışı qurmaq və saxlamaqdır. Bu vəzifə bütün kanallar üzrə kampaniyaların məqsəd və uğurlarının müəyyən edilməsində sürətli anlayış və dəstəyin nəzərdə tutur.
Saytlarımız üçün PPC-ni işə salır
Ümumi rəqəmsal marketinq strategiyasını həyata keçirir
Ödənişli media, mobil, sosial və SEO vasitəsilə yeni müştərilər əldə etmək üçün ilkin plan və strategiyanı həyata keçirir
A/B testi daxil olmaqla, yeni yanaşmaları, istifadəçi seqmentlərini və imkanları müəyyən edir
Bütün rəqəmsal marketinq kampaniyalarının, axtarış nəticələrinin performansını ölçür və hesabat verir və hədəflərə (ROI və KPI) görə qiymətləndirir
Biznes məqsədlərinə uyğun açar söz araşdırması, mövcud məzmunun optimallaşdırılması və yeni imkanların kəşf edir
Qarşıya qoyulan məqsədlərə daha yaxşı nail olmaq üçün veb-analitika panellərinə nəzarət edir, hesabatlar hazırlayır və əsas təkmilləşdirmə sahələrini vurğulayır
SEO təhlili ilə bağlı tövsiyələr verir və buna uyğun olaraq SEO məqsədlərini təyin edir
SEO məqsədlərinə uyğun olaraq əlaqə qurma kampaniyalarını təyin edir
Axtarış motoru proqramları, webmaster alətləri, Google Analytics əsasında hesabatlar hazırlayır
Marketinq məzmununun və sosial medianın yaradılmasına dəstək göstərir
SEO, axtarış sistemi, sosial media və marketinq sənayesi tendensiyaları və inkişafları üzrə məsləhətlər verir

Tələblər

Ali təhsil (E-ticarət/rəqəmsal marketinq üzrə arzuolunandır)
Sosial media və/və ya rəqəmsal marketinq sahəsində ən azı 2 il iş təcrübəsi
SEM, PPC və/və ya rəqəmsal marketinq sahəsində təcrübə
PPC kampaniyasınının qurulması və həyata keçirilməsi
E-poçt və sosial mediada reklam sahəsində güclü biliklər
Data analitikası
Veb dizayn və UX haqqında biliklər
Facebook, Twitter, LinkedIn və digər sosial media platformaları haqqında mükəmməl biliklər
Facebook və Instagram reklamları üçün Facebook Business Manager bilikləri və hesabat, izləmə və analitika üçün Facebook Insights bilikləri
Marketinq büdcələri barədə anlayış
İngilis dili yaxşı səviyyədə
MS Office
İşgüzar ünsiyyət bacarıqları
Təşkilatçılıq bacarıqları
Detal yönümlülük
Emosional zəka
Çox tapşırıq yerinə yetirmə bacarığı
Zamanın idarəolunması
Layihənin idarə olunması